-cı il

AzMIU-nun Nəqliyyat fakültəsində Fərhad Cəfərovun xatirəsi yad olundu

TimeƏlavə edilib: 2016-12-08 16:27:57 ViewsOxunub: 5227

Dünyanın ölçülüb-biçilmiş qanunları içərisində bir çoxumuzun ağlına belə gətirmək istəmədiyimiz, bəlkə də dərkinə gücümüz çatmadığı bir qanun da var. Bu, istənilən anda başımızın üstünü alan, əslində hər birimizin alın yazısına çevrilən ölüm adlı bir qanundur. Bir gün tez, bir gün gec hamımız bu gəlimli-gedimli dünyadan köçəcəyik. Bəs, həyatdan köçən bu insanlardan dünyada nə qalır? Bu suala bir məfhumla cavab vermək olar: yaxşı ad!

Bir il bundan əvvəl – 2015-ci il dekabrın 11-də dünyasını dəyişmiş universitetimizin tədris işləri üzrə sabiq prorektoru, Əməkdar müəllim Fərhad Cəfərovdan da bu dünyada yaxşı ad qaldı. Bu gün anım tədbirində Fərhad müəllimin iş yoldaşları, sağlığında onunla duz-çörək kəsmiş dost-tanışları 67 il omür yaşamış bu nəcib insanın şəxsi keyfiyyətlərindən söhbət açdılar. Mərhum Fərhad Cəfərovun uzun illər çalışdığı universitetin Nəqliyyat fakültəsində keçirilən anım mərasimində universitet şəhərciyinin direktoru Aqşin Kərimov, Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə, Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili kafedrasının müdiri Tağı Əhmədov, universitetin tərbiyə işləri üzrə prorektoru Tofiq Qasımov, Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, dekanlardan Tahirə Haqverdiyeva, Zahidə Məmmədova, Zakir Musayev, Rahad Qəribov, kafedra müdirlərindən professor Muxlis Hacıyev, Asəf Ağayev, o cümlədən “Nəqliyyat Tikintisi və Yol Hərəkətinin Təşkili” kafedrasının müəllimləri Fərhad Cəfərovu təhsilimizin cəfakeş müəllimi, bacarıqlı təşkilatçısı, tələbələrin sevimlisi və vətəndaş mövqeli bir ziyalı kimi xarakterizə etdilər. 

Anım tədbirində Nəqliyyat fakültəsinin ictimai fəal tələbələrinin Fərhad müəllimin xatirəsinə ithaf etdiyi videoçarxlar izlənildi. O cümlədən, fakültənin III kurs tələbəsi Fidan Eyvazova Fərhad müəllimə ithaf etdiyi “Ruhun şad olsun, müəllim!” adlı öz yazdığı şeirini oxudu 
Anım tədbiri digər iştirakçıların çıxışları ilə sona çatdı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tags: azmiu.az azmiu azmiu az telebe neqliyyat ferhad ceferov
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - İctimai işlər - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
© Copyright 2016 H.Əziz. Bütün hüquqlar qorunur.

Şahmar Rəfilinin sifarişi əsasında.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru