-cı il

Fərhad müəllim Cəfərovun ildönümünə həsr olunmuş anım tədbiri keçirildi

TimeƏlavə edilib: 2016-12-07 21:05:27 ViewsOxunub: 2363

Bu gün Mexanika və İnformasiya Texnologiyaları fakültəsində fakültənin Tələbə Gənclər Təşkilatının, AzMİU-nun Tədris işləri üzrə mərhum prorektoru, eləcə də, tələbələrin yaxın dostu olmuş, gözəl insan olaraq da qalan Fərhad müəllim Cəfərovun ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.Tədbiri giriş sözü ilə açan fakültənin tyutoru Ülviyyə Rəsulova gələn qonaqlardan Fərhad müəllimin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edib.. Sonra sözü tədbirin aparıcılarına verib. Tədbirdə AzMİU şəhərciyinin direktoru Aqşin Kərimov, Tədris şöbəsinin müdürü Sabir Məmmədov, Nəqliyyat Fakültəsinin dekanı Elçin Yusifzadə, dekan müavini Bayram Mehdiyev, THİK sədri Bayram Aslanov,  Hesablama Texnikası və Proqram Təminatı kafedrasının müdürü Rəna Hüseynova, Tərsimi Həndəsə kafedrasının müdürü Aslan Tağıyev, İnformasiya Texnologiyaları və Sistemləri kafedrasının dosenti Arif Hacıyev, TGT-nin sədr müavinləri və Universitetin mətbuat xidmətinin rəhbəri Nəcibə xanım iştirak edirdi. Tədbrin aparıcıları ilk sözü fakültənin dekan əvəzi Telman Aslanova veriblər. Telman müəllim çıxışında Fərhad müəllimlə çiyin-çiyni işlədiklərindən, Onun uğurlarından və insanı xasiyyətlərindən tədbir iştirakçılarına danışıb. Sonra tədbir içtirakçılarına Fərhad müəllim sağikən AzMİU TV-yə verdiyi müsahibə nümayiş olunub. Daha sonra Fərhad müəllimin anım tədbirində Onun haqda çox dəyərli çıxışları ilə Aslan Tağıyev, Rəna Hüseynova, Aqşin Kərimov və Sabir Məmmədov qonaqlara danışıblar.

ALLAH RƏHMƏT ELƏSİN!

 

 

.

 

Tags: azmiu.az azmiu azmiu az telebe
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Ümumi - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
© Copyright 2016 H.Əziz. Bütün hüquqlar qorunur.

Şahmar Rəfilinin sifarişi əsasında.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru