-cı il

Filmlərimizə səyahət adlı tədbir keçirildi

TimeƏlavə edilib: 2016-11-30 22:31:53 ViewsOxunub: 3358

30.11.2016-cı il tarixdə “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsi Tələbə Gənclər Təşkilatı Komitəsinin təşkil etdiyi “Filmlərimizə səyahət” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Fakültə Tələbə Gənclər Təşkilatının sədri Əkbər Mirzəyev açaraq, dəvəti qəbul edib gələn qonaqlara əvvəlcədən təşəkkür etmiş və sözü aparıcılara vermişdir. Tədbirin aparıcıları Cənnətov Hüseyn və Rəhimova Afət ilk öncə qonaqları salamlayaraq Azərbaycan kinoları silsiləsindən ilk çəkilən kinolar haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırmışlar. Daha sonra milli kinolarımıza həsr olunmuş mahnılar Salmanlı İlqarın, Babayeva Nigarın və Vəliyev Telmanın ifasında dinlənilmişdir. Tədbirin davamı olaraq Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov çıxış edərək, milli kinolarımızdan bəzi fraqmentlər haqqında məlumat vermiş və bu fraqmentlərin heç də təsadüfi olmadığını və yaxın keçmişdə çəkilən kinoların mövzusunun müasir zəmanədə gündəmdə olduğunu vurğulamış və gənclərimizin milli kinolarımıza daha da diqqət yetirmələrini tövsiyyə etmişdir. Bayram müəllim çıxışının sonunda milli kinolarımızın bizim milli sərvətimizin olduğunu qeyd etmiş və kinolarımızın milli ruhda daima yaşanmasının qayğısına qalmağının hər bir vətəndaşın borcu olduğunu qeyd etmişdir. Daha sonra Əhədli Əhədin ifasında “Azərbaycan” şeri dinlənilmişdir. Tədbir Zeynalova Süqrənin, Hüseynova Hüsniyyənin, İsmayılzadə Sevdanın milli kinolarımıza həsr olunmuş çıxışları ilə davam etmişdir. Daha sonra Universitetin Tələbə Gənclər Təşkilatının sədrinin müavini Kənan Mustafayev çıxış edərək, keçirilən tədbirin mövzusunun çox dəyərli, aktual və maraqlı olduğunu qeyd etmiş, tədbirin keçirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirmişdir. Universitetin rəqs kollektivi maraqlı rəqsləri ilə tədbirə rəng qatmışdır. Sonda fakültənin dekanı Zakir müəllim Musayev çıxış edərək, gələn qonaqlara təşəkkürünü bildirmiş və keçirilən tədbirin mövzusunun çox düzgün seçildiyini və bunun çox təqdirəlayiq hal olduğunu nəzərə çatdırmışdır. Tədbir Fakültə Tələbə Gənclər Təşkilatının kollektivi tərəfindən ifa olunan “Biz mehriban ailəyik” mahnısı ilə yekunlaşmışdır və sonda xatirə şəkli çəkilmişdir.

 

 

 

 

 

Tags: azmiu.az azmiu azmiu az telebe azmiu tgt
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - İctimai işlər - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
© Copyright 2016 H.Əziz. Bütün hüquqlar qorunur.

Şahmar Rəfilinin sifarişi əsasında.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru