-cı il

Müasir inşaatda ekologiya və enerji effektivliyi problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib

TimeƏlavə edilib: 2016-11-24 22:03:11 ViewsOxunub: 1239

AzMİU-da “Müasir inşaatda ekologiya və enerji effektivliyi problemləri”nə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Memarlıq və İnşaat Elminə Yardım Xeyriyyə Fondu və Caspian Service LTD-nin birgə təşkil etdiyi “Müasir inşaatda ekologiya və enerji effektliliyinin problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransın əsas məqsədi elm və texnologiyaların ən yeni nailiyyətlətinin tətbiqi ilə enerji mənbələrindən səmərəli istifadə, yüksək enerji qənaətinə nail olmaq, yanacaq və enerji mənbələrinin işlənməsi və istifadəsinin ətraf mühitə, eləcə də insan sağlamlığına mənfi təsirinin aradan qaldırılması yollarının öyrənilməsidir. Tədbirdə Ukrayna, Gürcüstan və İrandan nümayəndələr, eləcə də ölkəmizin ali təhsil müəssisələrindən qonaqlar iştirak edib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Universitetin həyətində ucaldılmış abidəsinin üzərinə əklil qoyub, ümummilli liderin xatirəsini anıblar.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova giriş sözü ilə konfransı açaraq tədbir iştirakçılarını salamlayıb. O, bü gün dünyada aktual olan bir mövzuya – müasir inşaatda ekologiya və enerji effektivliliyinin problemlərinə həsr olunmuş konfransın əhəmiyyətindən danışıb, burada dinlənəcək məruzələrin, həmçinin, bu sahədə aparılan elmi-tədqiqat işlərinin məsələnin həlli istiqamətində mühüm nəticələrə səbəb olacağına inamını ifadə edib.

Tədbirdə iştirak edən “Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənov, Caspian Service LTD-nin İdarə Heyətinin sədri Rəhim Soltanov konfrans iştirakçılarını təbrik edib, konfransın işində onlara uğurlar diləyiblər.

Daha sonra AzMİU-nun Ekologiya kafedrasını müdiri, professor Fəqan Əliyev “Şəhərsalmada bərpa olunan enerji və ətraf mühit”, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov “Mikroiqlim və enerji səmərəliliyi” adlı plenar məruzələrlə çıxış ediblər. Konfrans öz işini bölmələrdə davam etdirib.

 

 

 

Tags: azmiu.az azmiu azmiu az telebe konfirans
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - İctimai işlər - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru