-cı il

İmkansız və valideyn himayəsindən məhrum olan uşaqlar üçün xeyriyyə konserti keçirilib

TimeƏlavə edilib: 2016-11-16 18:33:26 ViewsOxunub: 2492

Bu gün AzMIU-da “Damla” İctimai Birliyinin və AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsüylə xeyriyyə konsert tədbiri keçirilib. Akt zalının qarşısında düzənlənən xeyriyyə sərgisində həm birliyin üzvü olan valideyn himayəsindən məhrum uşaqların əl işlərindən ibarət əşyalar, eyni zamanda tələbələrə məxsus kitablar, suvenirlər, hazır şirniyyat məhsulları satışa çıxarılıb. Aztəminatlı ailələr və valideynini itirmiş uşaqlara kömək məqsədiylə təşkil olunan bu aksiyada tələbələrin aktiv iştirak etdiyi müşahidə olunub. AzMIU THIK-nin təşkilatçılığı ilə həyata keçən tədbir Universitet şəhərciyinin drektoru Aqşin Kərimovun, prorektorların, fakültə dekanlarının və digər fəxri qonaqlar tərəfindən olduqca maraqla qarşılanmışdır.

Sonra “Damla” İctimai Birliyinin könüllülərindən biri, Azərbaycan İqtisad Universitetinin ıv kurs tələbəsi Əfsanə Fərzəlizadə birliyin fəaliyyəti, layihələri və bu günə qədər gördükləri işlər barədə məlumat verib. O, bildirib ki, 2007-ci ildən fəaliyyətə başlayan “Damla” müxtəlif ali məktəblərdən toplanmış könüllüləri ilə “Sabah inam”, “Tənhaları ziyarət”, “Sevinc damlası” və digər layihələrlə imkansız ailələrdən olan, valideyn himayəsindən məhrum olan, daun, xərçəng və autizmdən əziyyət çəkən uşaqlara, tək-tənha yaşlı insanlara yardım ediblər.

Sonra balacalar və müxtəlif ali məktəblərdən olan könüllülərin iştirakıyla ədəbi-bədii gecə baş tutub, balacalar maraqlı nömrələrlə çıxışlar edib, şeir söyləyib, mahnı oxuyublar. Tədbir qonaqların, zalda oturanların birgə iştirakıyla və “Mən fəxr edirəm ki, AZƏRBAYCANLIYAM” mahnısının sədaları altında möhtəşəm görüntülərlə sona çatıb.

Sonda isə, AzMİU THİK komandası və Universitet şəhərciyinin drektoru Aqşin Kərimov ilə xatirə şəkli çəkildi.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tags: azmiu.az azmiu azmiu az telebe
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - İctimai işlər - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru