-cı il

9 noyabr Bayraq Gününə həsr olunmuş tədbir keçirilib

TimeƏlavə edilib: 2016-11-08 21:48:49 ViewsOxunub: 561

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və informasiya texnologiyaları fakültəsində fakültənin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 9 noyabr Bayraq Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Dövlət himninin səslənməsi ilə başlanıb, fakültənin dekan əvəzi Telman Aslanov giriş sözüylə tədbiri açıb. O bildirib ki, Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib. Həmin bayraq 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. İlham Əliyevin 2009 - cu il noyabrın 17- də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncamına toxunan Telman müəllim bu addımı gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Dekan əvəzi onu da əlavə edib ki, 2010-cu ilin sentyabrın 1-də İ.Əliyev tərəfindən Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı da əlamətdar hadisə olub.

T.Aslanovun çıxışından sonra fakültə TGT-nin üzvlərinin hazırladığı Bayraq Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

AzMİU-nun Ağsaqqallar Şurasının sədri, ictimai fənlər kafedrasının müəllimi dosent Bəhram Avılov bayrağımızın tarixi, üzərindəki rənglərin ifadə etdiyi mənalari haqda geniş məlumat verib. O qeyd edib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli müstəqilliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir, bayraq bizim milli dəyərimizdir. Üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası istiqamətində ilk təşəbbüsün ümummilli lider Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf etdiyini xatırladan B.Avılov Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilməsinı müstəqillik tariximizin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib. Sonda tələbələrin ifasında musiqilər səsləndirilib.

 

 

Tags: azmiu.az azmiu azmiu az telebe mit bayraq gunu 9 noyabr
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - İctimai işlər - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
© Copyright 2016 H.Əziz. Bütün hüquqlar qorunur.

Şahmar Rəfilinin sifarişi əsasında.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru