-cı il

Zamiq Əhmədov - Son zamanlar mənim üçün ən böyük hobbi şəkil çəkməkdi

TimeƏlavə edilib: 2016-10-14 22:29:09 ViewsOxunub: 807

- Özünü təqdim et

- Mən Zamiq Əhmədov,Tikinti-İqtisad fakultəsinin 4-cü kurs tələbəsiyəm.

- Zamiq bizə hobbilərinden danış.  Boş vaxtlarını necə keçirirsən?

- Son zamanlar mənim üçün ən böyük hobby şəkil çəkməkdi. Sevdiyiniz işi etmək təbbi ki, ən böyük hobbidi. Boş vaxtlarım çox olmur. Olanda isə çəkdiyim şəkillər üzərində redaktə işləri aparıram.

- İnsan hədəflərinə çatmaq üçün nə etməlidir? Hal-hazırda ən böyük hədəfin nədir?

- Məncə insan hədəflərinə çatmaq üçün ilk öncə nə istədiyini bilməlidir. Yəni mən bunu etmək istəyirəm ama nə üçün? Və bunu bildikdən sonra o hədəfə çatmaq üçün lazım olduğundan daha çox çalışmaq lazımdır. Öz hədəflərimə gəldikdə isə, bu il 4-cü kurs olduğum üçün magistr səviyyəsinə yüksəlmək istəyirəm. Daha böyük hədəfim isə respublika birincisi olmaqdır.

-Bildiymizə görə universitetin ictimai işlərində fəalsan. Bu barədə nəsə deyə bilərsən?

- Bəli TGT və AzMİU TV-nin üzvüyəm. Belə deyim ki, ilk öncə AzMİU TV-ə qoşulmaq həyatımda bir çox şeyi dəyşdi, bir çox komplekslərimdən qurtuldum (utanmaq, sözünü deyə bilməmək, rəsmi yerlərdə həyəcan və.s). Bununla yanaşı yeni insanlar dostlar tanıdım və fotoqrafçılıq işimi inkişaf etdirmək üçün böyük bir şans oldu bu mənim üçün. Bundan sonra Tələbə Gənlər Təşkilatının da üzvü oldum. Burada da yeni dostlar yeni insanlar tanımaqla yanaşı təşkilatçılıq qabiliyyətimi artırdım. Həmçinin aktiv üzvlərdən olduğum üçün fakultə sədr müavini vəzifəsinə seçildim. Eləcə də sıxıcı universitet həyatından qurtulmuş oldum. Universitetin sadəcə 90 dəqiqəlik dərslərdən ibarət olmadığını anladım. Hər iki təşkilat mənə həqiqətən də çox şey verdi .

- Özündə bəyənmədiyin hansı xüsusiyyət var?

- Mən nəyisə edirəmsə bu səhv və ya düz bunu istəyərək ki, edirəm. Bunu etmək istəməsəm etmərəm. Yəni mənim bəyənilmədyim xüsusiyyətlərimi ətrafımdakı insanlar daha yaxşı bilər məncə. Əslində ətrafdakı insanların fikrini çox da önəmsəyən biri deyiləm.

- Uğurların səni qane edir?

- İctimai işlərdəki uğurlarım tam da olmasa qane edir demək olar. Amma gündəlik həyatda olan uğurlarım məni qane etmir deyə bilərəm.

- Səmimi müsahibə üçün təşəkkür edirik. Dərslərində və gələcək işlərində uğurlar.  

- Buyurun, xoşdur. Mən sizə təşəkkür edirəm tələbələrin marağını oxşayacaq layihələr etdiyiniz üçün.                  

Zamiqin çəkdiyi bəzi şəkilləri sizlərə təqdim edirik:

 

 

 

 

Tags: azmiu.az azmiu azmiu az telebe zamiq ehmedov
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Müsahibə - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
© Copyright 2016 H.Əziz. Bütün hüquqlar qorunur.

Şahmar Rəfilinin sifarişi əsasında.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru