-cı il

Əlavə olaraq azı 5 xarici dil öyrənmək istəyirəm - Hüseyinli Aysu

TimeƏlavə edilib: 2016-09-26 19:23:04 ViewsOxunub: 1141

- Özünüzü təqdim edin.

- Mən Hüseynli Aysu. Nəqliyyat fakultəsinin 2-ci kurs tələbəsiyəm.

 

- Uşaqlıqda ən böyük arzun nə olub?

- Uşaqlıqda ən böyük arzum Hüquqşünas olmaq idi. Ədalətsizliyə, haqsızlığa qarşı dözümüm yoxdu. Müəyyən səbəblərdən bu ixtisasa yönləndirildim, vəkillik elə arzu olaraq da qaldı .

 

-Gələcəklə bağlı hansı məqsədlərin var və onlara çatmaq üçün nə edirsən?

- İxtisasımı dərindən mənimsəmək, gələcəkdə güclü mütəxəssis olmaq başlıca məqsədimdi . Əlavə olaraq azı 5 xarici dil öyrənmək istəyirəm . Təbii ki bunun üçün səylə çalışmaq lazımdır və mən əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.

 

- Bəs Aysu mütaliə edirmi? Ən çox sevdiyiniz kitab hansıdır?

- Bəli, boş vaxtlarımda mütaliə etməyi çox sevirəm . Mən ümumiyyətlə bütün kitablarımı sevirəm , ama içində oxuyub bitirəndən sora üzüldüyüm , mənə ən çox təsir edən Etel Lilian Voyniçin "Ovod" əsəridir . Bütün gənclərə mütaliə etməyi məsləhət görürəm.

 

Bildiyimizə görə Aysu həmdə universitetin ictimai işlərində də fəaldı.

- Bəli, universitetimizin ictimai işlərindədə fəalam . Keçən il demək olar ki, bütün tədbirlərdə çıxış etdim . Qarşılığında xoş, əyləncəli vaxt keçirdim, yeni dostlar qazandım. Ən gözəl və ən möhtəşəm tədbir universitetin AzMİU-nun "40 illik"  yubiley tədbiri oldu. Həmin tədbirdə iştirak etməyimə görə də çox şadam.

 

Səmimi müsahibə üçün təşəkkürlər. Gələcək işlərində Uğurlar.

- Buyurun. Mənim üçün də xoş oldu. Çox sağolun. Sizə də uğurlar arzu edirəm.

Tags: Azmiu azmiu.az telebe aysu aysu huseyinli
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Müsahibə - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru