-cı il

Lütfəlizadə Fidan - Ailəmdə hər kəs ali təhsillidir. Mən təhsilimi davam etdirsəydim...

TimeƏlavə edilib: 2016-05-06 22:42:16 ViewsOxunub: 1439

- Özünüzü təqdim edin:

- AzMİU-nun “İnşaat materialları” kafedrasının doktorantı, eyni zamanda həmin kafedranın tədris ustası-Lütfəlizadə Fidan Zaur qızı 

- İnsan hədəflərinə çatmaq üçün nə etməlidir? Fidanın ən böyük hədəfi nədir? 

- İnsan qarşısına hər hansı bir hədəfi qoyub və ona doğru getməlidi, bu yolda çoxlu çoxlu maneələrdə ola bilər amma istək varsa bunun o öhdəsindən gələ bilər. Mənim hal-hazırda yalnız bir hədəfin var vaxtında müdafiə edim, bunu hədsiz çox istiyirəm çətin olduğunu da bilirəm.Belə bir deyim var Arzudan arzu doğur, insan bir hədəfinə çatır daha sonar o birini arzulayır məncə həyatda heç bir hədəfi, istəyi olmayan insan demək yaşamır.

- Gənc müllimə olub, gənc insanlarla işləmək necədir ? hansı mənfi vəya müsbət tərəfləri var ? 

- Gənclərlə işləmək çətin eyni zamanda zövqlüdü. Gənclərlə işləyərkən onları başa düşmək onların yerinə özünü qoyub səhv və ya düz olduqlarını onlara başa salmaq lazımdı. Hər bir tələbə ilə səni başa düşən dildə danışmaq lazımdır.

- Gənclərə nə(ləri) məsləhət görürsünüz ümumi olaraq? 

- Vaxtlarını boşa xərcləməsinlər, hər dəqiqələrinin qədrini bilsinlər. Vaxtı öldürmək özünü öldürməkdir.

- Özün təhsil alan vaxt ən sevdiyin fənn hansı olub? 

- I və II kurlarda ən çox sevdiyim və qrupda 3 nəfər 5 alandan biri mən olduğum “kimya” və “fizika” fənnlərini, ixtisas fənnlərindən isə “Bədii layihələndirmənin əsasları” fənnini.

- Fidan və insanlar.. necə insanlarla yola gedə bilmirsən? 

- Çalışıram insanlarla yola gedim, amma bu necə alınır onu ətrafımdakılardan soruşsaz məncə düz olar. Hərənin bir psixologiyası, hərənin bir dünya görüşü var. Təkəbbürlü, hərəkətlərinin yerini bilməyən insanlarla yola getmək mənim üçün çətindi.

- Özündə bəyənmədiyin hansı xüsusiyyət var? 

- Səbirsiz və kövrəyəm bu xüsusiyyətlərimi aradan qaldırmağa çalışıram amma hələ  tam alınmır.

- İşlədiyin peşə. arzusunda olduğun yerdirmi ? Fidan təhsili davam etdirməsəydi hansı peşədə özünü görərdi ? 

- Bəli arzuladığım işlə məşğul oluram. Təhsilimi davam etdirməməyimi heç təssəvvür etmirəm çünki, ailəmdə hamı ali təhsillidi, amma belə hal olsaydı belə, mənim ali təhsil diplomumla yanaşı 2  diplomumda var. Biri tibb bacısı, o biri isə biçmə, tikmə və toxuculuq hər halda bunlardan birilə məşğul olardım.

- Səmimi müsahibəyə görə Təşəkkür edirik!

- Mən sizə təşəkkür edirəm.

Tags: azmiu.az azmiu azmiu az telebe lutfelizade fidan
Şərhlər
Ad: :
e-Mail :
Başlıq :
Şərh :
Gizli kod :
Təzələ  
Toplam 0 rəy. Hamısına bax.
Oxumaq istərsəniz - Müsahibə - bölməsinin digər xəbərləri
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
© Copyright 2016 H.Əziz. Bütün hüquqlar qorunur.

Şahmar Rəfilinin sifarişi əsasında.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru