-cı il
Ümumi Haberleri - RSS
- Əziz fizika həvəskarları, Sizi AzMİU-da baş tutacaq elmi tədbirə dəvət edirik
Əziz fizika həvəskarları, astronomiya sevərlər, sizi 22 dekabr, 14:00 tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində təşkil olunacaq elmi tədbirimizə dəvət edirik. Tədbir, universitetin əsas korpusunun 3-cü mərtəbəsində yerləşən akt zalında baş tutacaq. Tədbirdə Kosmologiya komandası tərəfindən, fizikanın maraqlı mövzuları üzrə 3 fərqli seminar və sonda bu mövzular üzrə açıq müzakirə olacaq. Tədbirə gəlməklə aşağıdakı mövzular üzrə həm bilgilənəcək, həm də maraqlı müzakirəyə qoşularaq fikir mübadiləsində olma imkanı qazanacaqsınız: I. Ümumi Fizika — Nisbilik nəzəriyyəsi kəşf olunana qədər fizikanın həll edə bildiyi və çətinlik çəkdiyi məsələlər 1. Fizikada hərəkət anlayışı 2. Nyutonun hərəkət qanunları 3. Nyutonun qravitasiyaya baxışı II. Nisbilik nəzəriyyəsi — Eynşteynin Nisbilik Nəzəriyyəsinin izahı. 1. Zamanın və məkanın nisbiliyi 2. 4D fəzazaman anlayışı 3. Eynşteynin qravitasiyaya baxışı 4. Qara dəliklər III. Kosmologiya — Nisbilik nəzəriyyəsinin kəşfindən sonra kainatla bağlı yaranan yeni baxışlar. 1. Böyük partlayış nəzəriyyəsi 2. Kainatın genişlənməsi 3. İnflyasiya nəzəriyyəsi 4. Müasir kosmologiyaya görə kainatın sonu Yuxarıda yazılan başlıqlar, insanların mübahisə mövzusu olan bir çox məsələləri əhatə edir. Planlaşdırdığımız tədbirdə isə müasir elmin bu məsələlər haqda mövqeyini, ümumi auditoriyanın başa düşə biləcəyi dildə çatdıracağıq. Bu səbəbdən, qeyri-elmi profilli şəxslər də tədbirimizə qatıla bilərlər.
« geriileri »
Biz Facebookda
E-Mail Bülten Kaydı
Sorğu
Saytı bəyəndinizmi?
Pis deyil
Yox
Faydalı keçidlər
Arxiv
- -
AzMIU.Az
* Copyright 2016 Əziz Hacı.

Şahmar Rəfilinin sifarişi əsasında.

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Haqqımızda
Əlaqə
İtirmişəm - Tapmışam
Mobil versiya
Рейтинг@Mail.ru