İnşaat fakültəsinin ən yüksək nəticə göstərən bakalavrı – ÜOMG 99

Azmiu.az bu dəfə ənənəvi sualları ilə İnşaat fakultəsində ən yüksək ortalama balı olan Kənan İbrahimli ilə söhbət etdi. Kənanın orta balı 99-dur!

 

-İmtahan həyəcanınıza necə qalib gəlirdiniz ?

Sözsüz ki imtahan həyəcanını tamamilə dəf etmək mümkün deyildi,amma bacardıqca çox məşğul olduğuma görə bir qədər özümə əmin idim.

 

-Yüksək nəticə toplamaqda ən çox sizə nə kömək oldu?

Hər fənni ilk dərsdən yaxşı oxumağa çalışdım, imtahan öncəsi isə mənimsədiyim bütün materialı təkrarladım.

 

-Hansı fənn çətin idi? Və sizcə, imtahanlar ümumi məğzinə görə çətinmi olur?

Ümumiyyətlə, hər fənni yaxşı oxuduqda çətin yox, maraqlı olur. Memarlıq konstruksiyaları nisbətən daha çox çalışqanlıq tələb edirdi.

 

-Bu smestrdə də o nəticəni göstərəcəyinizə inanırsınız?

Universitetə başladığım ilk semestrdan orta balımı artırmağa çalışmışam ilk orta balım 96.7 olub indi isə 99.6. İnşaAllah ki bu semesterdə nəticəmi qoruyaram.

 

-Növbəti sessiyada da uğurlar! Bizə sözünüz?

Təşəkkürlər, diqqətinizə görə çox sağolun. Mən də sizə işlərinizdə uğurlar arzulayıram.

 

Hazırladı: azmiu.az-Rəvan Cavid

Hiss bildir
Əla Sevdim Haha Wow Kədərli
62
Oxunub: 2.582

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir