Nəqliyyat fakültəsinin ən yüksək nəticə göstərən magistrantı – Müsahibə

Növbəti imtahan sessiyası başa çatdı. azmiu.az saytı olaraq sizlərə imtahanlarında ən yüksək nəticəni göstərmiş tələbələrlə müsahibələri təqdim edəcəyik. İlk müsahibimiz Nəqliyyat fakültəsinin, M447 qrup magistrantı Tellidir. Tellinin orta balı 94.8-dir.

-Bu smestrdə Nəqliyyat fakültəsində ortalaması ən yüksək olan magistrantsınız. İmtahanlara hazırlaşarkən özünüzə nəyi ən vacib hesab edirdiniz?                                                                                   

-İmtahanlara hazırlaşarkən ən əsas məqsədlərimə nail olmağımıydı. Heç vaxt ruh düşgünlüyüm olamyıb. J.K.Rowlinq tanıyarsız yeqin. Bir qadın olaraq menim idealımdı .İmtahanlara hazırlaşarkən onu gözümün qabağına getirirəm. O, yaşadıqlarına geridən gələrək hər kəsdən qabağa keçdi. Çünkü onun oxumağa ,yazmağa sevgisi vardı. Əsas da elə budur. İnsanın oxumağa gərək sevgisi olsun. Mənim sevgim var, amma bu imatahanlar zamanı daha çox olur dəyə bilərəm.

-İxtisasınızın ən özəl cəhəti sizin üçün nədir?

-İxtisasımın hələki özəl cəhətini görməmişəm. Məsələn, kiminsə özəl cəhətini demək üçün ilk öncə onu tanımalısan, günlərini keçirməlisən. Məncə, ixtisas da bunun kimidir. Mən ixtisasımı bilirəm. Amma əsas bilmək deyil, heç vaxt praktik cəhətdən məşğul olmamışam.

-Sizcə, praktika daha önəmlidi, yoxsa nəzəri biliklər?

-Hər ikisi əsasdı. Praktika və nəzəri biliklər bir-birinə zəncirvari bağlıdır. Belə deyim: Ağac meyvə verməsi üçün suya və işığa möhtac olduğu kimi, yəni bunlardan biri olmasa ağac meyvə verməz də. Məncə , praktika və nəzəri biliklər də bir-birilə ayrılmaz şəkildə bağlıdır. Əgər, bunlar universitetlərdə əla keçirilsə, o zaman dəyə bilərik ki,biz əsl savadlı kadrlarıq.

-Universitetimizdə ixtisasınız sahəsində hansı fərqliliyi görmək istəyərdiniz?

-Məncə, bizim ixtisas üzrə praktikaya universitet xaricə göndərsə çox yaxşı olar.

-Öz fakültənizdə gələcəkdə müəllimə kimi işləmək istəyərdinizmi?

-Mənim planlarım tam fərqlidi.Belə deyək hədəflərim var.Onları həyata keçirdikdən sonra niyədə olmasın.

-Bakalavrla ən əsas fərqi nədi magistraturanın?

-Heç bir fərqi yoxdu.Magistratura yalnız arxasını davam etdirənlər üçün addımlanması vacib olan bir pillədir.

-Tədrisdən razısınız?
-Tədrisdən belə baxanda razıyam. Çünkü hər yerdə demiyim amma bəzi yerlərdə olduğu kimi, burada da oxuyanın qiyməti var.

-Hansı gələcək planlarınız var?
-Hədəflərim dediyim kimi yüksəkdi.İlk öncə Lomonosov Moskva Dövlət Universitetində doktorantura üzrə təhsilimi davam etdirəcəm inşallah.Azərbaycandan bir başa Cambridge getmək qeyri mümkündür.Çünkü, GMAT tələb edir ki, buna da Azərbaycanda hazırlaşdıracaq yüksək ixtisaslı müəllimlər yoxdu dəyə düşünürəm.Ona görə Moskvada bunun üzrə hazırlaşmaq ən perspektivlisidir.İnşallah doktoranturanı bitirdikdən sonra tibb üzrə(müalicə işi) ikinci təhsilimi almaq istəyirəm.Çünkü bu mənim xəyalımdı.İkinci təhsil pullu olduğu üçün, və məndə öz xərclərimi özüm qarşılayacağım üçün maddi imkanım məncə ikinci təhsilə ancaq o vaxt çatacaq.Və mənim həyatda bir devizim var ki,o da xəyallar həyata keçirmək üçündür.
-Uğurlar! 
– Təşəkkürlər!

Hazırladı: azmiu.az-Rəvan Cavid

Hiss bildir
Əla Sevdim Haha Wow Kədərli
302
Oxunub: 2.287

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir