AzMİU Türkiyənin Yıldız Texniki Universiteti ilə əməkdaşlıq edəcək

Aprelin 19-da Türkiyənin Yıldız Texniki Universitetinin rektoru, professor Bahri Şahin və Tətbiqi elmlər fakültəsinin dekanı, professor Sezgin Bakırdere Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.
Qonaqları universitetin rektoru, professor Gülçöhrə Məmmədova qəbul edib. Görüşdə Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə qonşu ölkənin universitetləri ilə ikitərəfli əməkdaşlığın vacibliyi vurğulanıb. Görüşdə hər iki universitet arasında təhsil sahəsində əməkdaşlığın gələcək perspektivləri,istiqamətləri, uğurlu nəticələri müzakirə olunub. Daha sonra görüş universitetin professor-müəllim heyəti və əməkdaşlarının iştirakı ilə davam etdirilib.
Yıldız Texniki Universitetinin rektoru rəhbərlik etdiyi universitet, ixtisaslar və fakültələr barədə geniş məlumat verib, beynəlxalq əlaqələrindən danışıb. Rektorun geniş təqdimatından sonra AzMİU ilə Yıldız Texniki Universiteti arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, hər iki universitet arasında qarşılıqlı maraq doğuran təhsil və tədqiqat sahələrində əməkdaşlıq gerçəkləşəcək.
Sonra qonaqlar universitetin nəzdində yerləşən Heydər Əliyev muzeyi, Rəsm qalereyası, Knauf Tədris Mərkəzində olublar. Müasir avadanlıqlarla təchiz olunmuş Aksesuar İnşaat Mərkəzi, Azərsun, Holcim, Akkord, Paşa Holding laboratoriyasını və AzMİU-nun kitabxanasını gəziblər.

Hiss bildir
Əla Sevdim Haha Wow Kədərli
Oxunub: 287

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir