AzMİU kollektivi Şəki şəhər orta məktəblərinin şagirdləri ilə görüşlər keçirib

İctimaiyyət arasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nüfuzunun qorunub saxlanması, bu ali məktəbə abituriyentlərin marağının artırılması, aparılan islahatlar və yeniliklərin çatdırılması məqsədilə universitet rəhbərliyi hər il ənənəvi olaraq həm paytaxtda, həm də bölgələrdə orta məktəblərdə piar aksiyası keçirir. Universitetdə fəaliyyət göstərən ictimai təşkilatların rəhbərləri, fakültə dekanlarının təşəbbüsü ilə orta məktəblərdə yuxarı sinif şagirdləri ilə mütəmadi görüşlər keçirilir, universitet abituriyentlərə tanıdılır.
Artıq universitet rəhbərliyi PR aksiyasına bölgələrdən start verib.Ötən gün AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə nümayəndə heyəti Şəki şəhərinin müxtəlif orta məktəblərində görüşlər keçiriblər.
Şəki şəhər 10 saylı tam orta məktəbdə və Baş Göynük kəndində 1 saylı tam orta məktəbdə X-XI sinif şagirdəri ilə keçirilən görüşlərdə AzMİU THİK-in sədri Bayram Aslanov, komitənin üzvləri, universitetin bütün fakültələrindən fəal tələbələr iştirak edib. B.Aslanov ali məktəblərə hazırlaşan abiturientlərə AzMİU-nun tarixindən danışıb, imtahanlar, ixtisaslar, təhsil sistemi, tədris, universitetin ictimai həyatı barədə ətraflı məlumat verib. Eyni zamanda o, çıxışında universitetin beynəlxalq əlaqələrinə, tələbələrin mübadilə proqramlarında iştirak edərək xarici universitetlərdə təhsil almaq imkanlarına da toxunub.
Görüşlərdə universitetin müxtəlif fakültələrini təmsil edən tələbələr AzMİU-da gənclər üçün hərtərəfli şərait yaradıldığını və rəhbərlik səviyyəsində hər zaman tələbələrin bütün təşəbbüs və layihələrinin dəstəkləndiyini vurğulayıblar. Görüşün sonunda universitetin tanıtımına həsr olunmuş video-çarx nümayiş olunub, şagirdlərin çoxsaylı sualları cavablandırılıb, onlara bukletlər paylanıb.

 

 

 

 

 

 

 

Hiss bildir
Əla Sevdim Haha Wow Kədərli
Oxunub: 185

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir