SABAH qrupları tələbələrinin maket işləri sərgilənib

Martın 9-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qruplarının memarlıq ixtisasında oxuyan 2-ci kurs tələbələrinin Layihələndirmənin əsasları-3 fənni üzrə maket işlərinin sərgisi keçirilib. Universitetin Sərgi salonunda S 116 A qrupunun 13 tələbəsinin və Memarlıq fakültəsi tələbələrinin maketləri nümayiş olunub. Sərginin açılış mərasimində universitetin rektoru, professor Gülçöhrə Məmmədova, beynəlxalq əlaqələr üzrə prorektor, professor Nərgiz Abdullayeva, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, SABAH qrupunun rəhbəri Pərvin Quliyeva , Magistatura şöbəsinin müdiri Rövşən Səmədov və tələbələr iştirak ediblər.
Rektor SABAH qrupunun əlaçı tələbələri ilə birgə sərginin rəmzi qırmızı lentini kəsib, tələbələrin hazırladığı maketlərlə tanış olub, ayrı-ayrı detallar üzərində tələbələrlə söhbət edib. Tələbələr bildiriblər ki, hazırladıqları maketlərin böyük əksəriyyəti Abşeron bağları və regionlar üçün nəzərdə tutulmuş müasir iki və üçmərtəbəli yaşayış binalarıdır. Tikililərin maketi əsasən klassik, modern və şərq üslubunda hazırlanıb, layihələndirmə zamanı region, iqlim və relyef nəzərə alınıb. Maketlərdə insanların rahatlığını düşünərək tikililərin həyətində hovuz , qaraj quraşdırıb, yaşıllıq zonası yaradılıb. Açılış mərasiminin sonunda rektor gələcək memarlara öz tövsiyyələrini verib, layihələndirmə zamanı memarın daha çox diqqət yetirməli olduğu məsələlərdən danışıb.

 

Hiss bildir
Əla Sevdim Haha Wow Kədərli
1
Oxunub: 92

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir