Memarlıq fakültəsinə kitablar hədiyyə olunub

Martın 7-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin qonağı Memarlıq konstruksiyaları və abidələrinin bərpası kafedrasının keçmiş müəllimi Şəfiqə Hüseynova olub. Universitetin sabiq əməkdaşı gəlişinin əsas məqsədinin şəxsi kitabxanasında olan memarlığa aid kitabların bir qismini Memarlıq fakültəsinin kitabxanasına hədiyyə etmək olduğunu deyib.
Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, fakültənin dekan müavini, müəllimlər bu təşəbbüs üçün Ş.Hüseynovaya öz minnətdarlığını bildiriblər. Memarlıq fakültəsinin dekanı qonağa ümumilikdə kitabxana barədə məlumat verib, bildirib ki, Memarlıq fakültəsində yerləşən kitabxana zəngin kitab fonduna malikdir. Burda rus, ingilis, fransız, alman, latın və.s dillərdə memarlığa aid çox saylı kitablar toplanıb. Memarlıq fakültəsinin tələbələri istədikləri zaman bu kitabxanaya gələrək istədikləri kitabı rahat şəkildə əldə edə bilir.
Sonda qonaq fakültə əməkdaşları ilə birgə Memarlıq fakültəsinin ikinci mərtəbəsində yerlən, qədim və nadir kitabların saxlanıldığı nadir kitablar fondunda olublar, burada saxlanılan kitablara baxıblar.

Hiss bildir
Əla Sevdim Haha Wow Kədərli
Oxunub: 52

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir