AzMİU-da 8 Mart Qadınlar bayramı qeyd olunub

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə universitetin xanım müəllimləri, əməkdaşları və tələbə – qızlar iştirak ediblər.
AzMİU-nun Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova tədbiri açaraq universitetin bütün xanım əməkdaşlarını bayram münasibətilə təbrik edib, onlara cansağlığı, işlərində uğurlar arzulayıb. Azərbaycan xanımlarının həmişə öz gözəlliyi, ağlı, sədaqəti və əxlaqı ilə seçildiyini vurğulayan dekan cəmiyyətimizdə də qadınlara, onların fəaliyyətinə önəm verildiyini yaxşı hal kimi dəyərləndirib.
Tədbir tələbələrin ifasında musiqi nömrələri ilə davam edib.

Hiss bildir
Əla Sevdim Haha Wow Kədərli
Oxunub: 57

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir