M.Huri – AZMİU tələbəsi öz mədəniyyəti ilə fərqlənir. Bizim uşaqlarımız müəllimə və qızlara qarşı diqqətcildirlər….

Bu dəfə müsahibimiz xüsusi bir istdadı ilə seçilən tələbələrimizdən deyil. O, 4-cü kurs tələbəsi, həm də qrup rəhbəri bir məzundur. Olduqca səmimi bir söhbət  alındı.

Sizlərə M.Huri ilə müsahibəni təqdim edirik.

 

-4 illik tələbə həyatınızı bir cümlə ilə necə ifadə edə bilərsiniz?

-Həyatımız bir oyun kimidi, hər yaşında bir level (səviyyə) adlayırsan və mən 18 yaşıma qədər adlaya bilmədiyim hər nə “level”-lər var idisə, 4 ildə adladım, həyatın bir növ məğzini tutdum.

-İxtisası özünüz seçmişdiniz yoxsa başqalarının köməyi də olmuşdu? Təhsil aldığınız ixtisasdan razısınız?

-İxtisasım “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi”dir. Komputerə marağım böyük olub. İxtisasımı seçməkdə ən böyük dəstəkçim uşaqlıq dostum, rəfiqəm, özüdə bu ixtisasın sahibi olan Vahidə Osmanova olub. Həyatda hər kəsə yaraşan bir ixtisas var, düzdü, məni evdəkilər hüquqşunas olaraq görmək istəyirdilər, amma humanitar fənləri heç sevmədiyim üçün o sahəyə yiyələnmək uzun illər tələb edərdi.

-1-ci kurs və 4-cü kurs… Özünüzdə ən böyük hansı 3 dəyişiklik olub?

-1. Ən böyük dəyişiklik görünüşümdə olub(gülür).  Buna  görə idmana hər zaman borcluyam.

  1. Düşüncə tərzim (nisbətən)
  2. Həyatımda olan insanlar. ( illər keçdikcə dost tanışın artır və yaxud da iç üzünü gördüklərini ixtisar edirsən)

-Qrup rəhbəri olmusunuz bu 4 ildə. Tələbələrlə yola getmək çətin olmayıb? Ümumiyyətlə, qrup rəhbəri olmaq sizə nə öyrədib?

-Mən ümumiyyətlə idarəçiliyi sevirəm və bacarıram. Qrupda 24 nəfər var və hərəsinin bir xasiyyəti var. Olub ki, əsəbləşmişəm, çıxmaq da istəmişəm, dekanatlıqdan qoymayıblar(gülür). Amma 3-cü kursdan sonra uşaqlar dəyişdi. Daha rahat kollektiv işimizi gördük. “Stars” olmaq mənə elə bir növ kollektiv fəaliyyəti öyrətdi.

-Bəs qrup yoldaşlarınızı hansısa mövzularda qrup rəhbəri olaraq “yola vermisiniz”?)

-Xatırladığım qədəri ilə yox. Bütün müəllimlərlə münasibətim əla olduğu üçün onlara nə etməli olduqlarını da başa salmışam. Hətta artıqlaması ilə. Ancaq qayıb söhbətlərində müəllimlərin inadkarlığı daha çox olur.  Elektron jurnaldan sonra uşaqların xahişini yerinə yetirməkdə çətinlik çəkirəm

-Bir qrup rəhbəri nə dərəcədə məsuliyyətli yanaşmalıdı vəzifəsinə sizcə? Hansı məsuliyyətləri var?

-Məsuliyyət odur ki, dekanatlıq ilə qrup arasında tərəzini tarazlıqda saxlayasan. Nə qrupun əleyhinə, nə də rəhbərliyə zidd olan hərəkətlər olmaz. Ümumiyyətlə MİT fakültəsi keçmiş dekanımız Akif müəllim başda olmaqla Telman müəllim də tələbələrin problemini nəzərə alan olublar. Buna görə də böyük problemlər yaşanmayıb.

-Qrup yoldaşlarınıza görə müəllimlərlə “mübahisəyə” qalxmısınız?)

-11 il məktəb + 4 il universitet heç bir müəllimlə mübahisə eləməmişəm. Haqqımı tələb etmişəm. Ümumiyyətlə, müəllim haqsız belə olsa ona artıq söz demərəm. Çünki dara düşəndə onlardan məsləhət alıram.

-Bu 4 ildə ən sevdiyiniz müəllim?

-Bu 4 ildə ən sevdiyim müəllim… çox çətin sualdı. Hamısının ayrı yeri var. Amma, deyəsən, mənə dərs deyən müəllimlərin içində Musayeva Nailə xanımı daha çox sevirəm.

-Bəs tələbə yoldaşınız?

-Qrupda çox yaxın, nə də çox soyuq münasibət olan tələbə yoldaşım yoxdu. Amma Şəfiqə daha mənim xasiyyətimə uyğun qızdı. Onu daha çox dəyərləndirirəm.

-Universitetin ictimai işlərində iştirak etmisiniz?

-Mənə ancaq elmi tədbirlər maraqlıdı, ona görə də təkcə konfranslarda və sərgilərdə iştirak etmişəm.

-AzMİU tələbəsi nə ilə fərqlənir?

-Mən bunu hər zaman demişəm,  AZMİU tələbəsi öz mədəniyyəti ilə fərqlənir. Bizim uşaqlarımız müəllimə və qızlara qarşı diqqətcildirlər(istisna hər yerdə olur). Bir də savad cəhətdən də çox universiteti arxada qoyurlar. Sadəcə bu universitetdə daha çox kadr dəyişikliklərinə ehtiyac var.

-Hansısa müəllimə və ya qrup yoldaşınıza etiraf edəcəyiniz bir hadisə olubmu?

-Müəllimin adını çəkə bilmərəm, amma özümə xas olmayan bir hərəkət eləmişəm, hansı ki, müəllimin mənə özgüvənindən istifadə edib flaşı məndə olanda biletləri götürmüşəm. Əslində peşmanam.

-Magisturatura planınız var?

-Bəli var. Elə sabah aprelin 9-u buna ilk addımımı atacam.

-Gələcək planlarınız?

-Gələcək planım işim hər nə olur olsun hər il bir ölkəni səyahət etməkdi. Nə qədər pulun olur olsun bundan lüks həyatla zövq ala bilməzsən. Amma “çox oxuyan yox, çox gəzən bilər” məsəli ilə uyğunlaşıb həyatdan zövq almaq lazımdı.

-Azmiu.az-a son sözünüz…

-Azmiu.az. Hər kim layihəsini veribsə, deməli, gələcəyə doğru bu sahəylə bağlı artıq ilk addımını atıb. Düşünürəm uğurlu alınıb. Layihəniz uzun ömürlü və daim maraq dairəsində olsun. Təşəkkürlər

Hazırladı: azmiu.az-Rəvan Cavid

Hiss bildir
Əla Sevdim Haha Wow Kədərli
Oxunub: 82

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir